Rahim Namazov heç vaxt “Əlillər” qəzetində jurnalist kimi çalışmayıb - AÇIQLAMA

Rahim Namazov heç vaxt “Əlillər” qəzetində jurnalist kimi çalışmayıb  - AÇIQLAMA backend

Fransada güllələnən Rahim Namazov heç vaxt “Əlillər” qəzetində jurnalist kimi çalışmayıb. Bu sözləri QAZİLER.AZ satına açıqlamasında vaxtı ilə “Əlillər” qəzetinin baş redaktor müavini olmuş Rey Kərimoğlu deyib:

“Bu gün bir çox mətbuat orqanında Fransada güllələnən azərbaycanlı mühacir Rahim Namazovun vaxtı ilə çalışdığım “Əlillər” qəzetinin müxbiri olduğunu yazıblar. Qəzetin o zamankı baş redaktoru Müştəba İsmayıloğlu dünyasını dəyişdiyindən mən bu açıqlamanı yaymağa məcbur oldum. Əslində Rahim Namazov heç vaxt “Əlillər” qəzetində müxbir olmayıb, ümumiyyətlə, orada jurnalist kimi fəaliyyət göstərməyib. Sadəcə, baş redaktorun tapşırığı ilə qəzetin hər həftə nəşr olunan nüsxələrini o zamankı “Qarabağ Əlillər Cəmiyyəti”nin Bakı şəhəri üzrə rayon şöbələrinə və digər abunəçilərə çatdırıb pulunu da yığıb redaksiyaya gətirib verib. Başqa bir işi olmayıb. 2001-ci ildə “Qarabağ Əlillər Cəmiyyəti”nin aclıq aksiyası zamanı yaranmış qarşıqlıqda küçədə etirazçılara qoşulub şüarlar səsləndirib. Bu da videolarda var. Buna görə də Qazilərlə birgə günahsız olaraq həbs edilib. Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyev tərəfindən əfv edildi. “Əlillər” də nəşri dayandığından o, sonra həmin qəzetdə işləyə bilməzdi. Onun sonrakı taleyindən yalnız mətbuatdan və sosial şəbəkələrdən məlumat tutmuşuq.” - deyə, R.Kərimoğlu bildirib.
Diaspora