“Türk axını” boru kəmərinin ilk xətti 2016-cı ildə istismara veriləcək.
Axar.az “Caspian Barel”ə istinadən xəbər verir ki, “Türk axını” nın birinci xətti Türkiyənin qərbini qaz ilə təchiz edəcək. Növbəti üç xətt isə Mərkəzi və Cənubi Avropa ölkələri bazarına yönəlib.“Qazprom”un rəhbəri Aleksey Miller bildirib ki, boru kəmərinin 2016-cı ilin dekabrında istismara verilməsi və ilk qazın tədarükünün başlanması qərara alınıb. “Qazprom” “Türk axını” üzrə öz işlərində bugünkü razılaşmalara əsaslanacaq”.
“Qazprom” tikintini başlamaq üçün yüksək hazırlıq səviyyəsindədir. “Cənub axını” üçün podratçı seçilmiş “Saipem” şirkəti isə Burqas limanında tikintiyə başlamaq üçün əmr gözləyir.
Xatırladaq ki, Türkiyə bu günə kimi öz sularında tədqiqat və inşaat aparmağa icazə verməyib.