Türkiyədə Niderland kəşfiyyat xidmətinin əməkdaşı saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə yerli KİV Türkiyə Milli Kəşfiyyatındakı (MİT) mənbəyə istinadən yazır.Həmin kəşfiyyatçının bundan əvvəl Əfqanıstanda olduğu bildirilir.
KİV yazır ki, Niderland kəşfiyyat xidmətinin nümayəndəsi Türkiyədə Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" hərbi əməliyyatına qarşı bir sıra etiraz aksiyalarının təşkilində də iştirak edib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və "Azad Suriya Ordusu" martın 18-də Afrini PYD və YPG terrorçularından azad ediblər.