Almaniyada irqçilər və terrorçuların tərəfdarları bir gün ərzində 3 məscidə hücum edib.
Axar.az xəbər verir ki, irqçilər Herne, Amberq və Kassel şəhərlərindəki məscidlərə molotof kokteyli atıblarOnlar məscid divarlarına “Bütün əcnəbilər çölə... Yaşasın Hitler”,- kimi şüarlar yazıblar.
Qeyd edək ki, 2018-ci ilin əvvəlindən bu vaxta qədər irqçilər Almaniyada 40-dan çox məscidə hücum edib.