Tbilisidə Avropa Yenidənqurma və İnkişaf Bankının Müdirlər Şurasının illik toplantısı keçirilir,
İqtisadiyyat və Sənaye Nazirliyi mətbuat xidmətindən Qaziler.az-a verilən xəbərə görə, bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Müdirlər Şurasının 24-cü İllik Toplantısı öz işinə başlamışdır. Tədbirdə AYİB-in əməkdaşlıq etdiyi ölkələrin iqtisadiyyat, maliyyə və ticarət nazirləri, sahibkarlar, beynəlxalq maliyyə qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.İllik Toplantıda AYİB-in növbəti illər üzrə strateji fəaliyyəti və investisiya qoyuluşu məsələləri müzakirə ediləcəkdir.
Tədbirdə ölkəmizi AYİB-in Müdirlər Şurasında Azərbaycan tərəfdən müdir, İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
AYİB-in Müdirlər Şurasının İllik Toplantısı mayın 15-dək davam edəcəkdir.