Afrinin Hacıhəsənli bölgəsində hava əməliyyatı ilə məhv edilən və terror təşkilatı YPG/PKK-nın uşaqlara təlim keçdiyi müəyyən edilən qərargah görüntülənib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Afrin rayon mərkəzinin nəzarət altına alınmasından sonra bölgədə mina və əl qumbarası axtarışları davam edir.Təmizləmə işlərinin başa çatmasından sonra bölgə əhalisinin ən qısa müddətdə yenidən normal həyat tərzinə dönmələri planlaşdırılır.
Digər bir tərəfdən terrorçulardan təmizlənən bölgədə bir qədər əvvəl hava hücumu ilə yerlə-yeksan edilən terror qərargahları da görüntülənib. Bunlardan biri də Hacıhəsənli bölgəsində tapılan təlim qərargahıdır.
Dağıdılan qərargahın əməliyyat zamanı zərərsizləşdirilən terrorçuların üzərində tapılan sənədlərdə oranın 13-17 yaş arasında olan uşaqların təlim gördüyü mərkəz olduğu müəyyən edilib.
Qərargah geniş və meşəlik sahədə qurulubmuş. Terror təşkilatı qərargahda ailələrindən zorla qaçırdığı uşaqlara silahlı təlim verirdi.