Azərbaycan xaricə ən çox nə satır? - Siyahı

Azərbaycan xaricə ən çox nə satır? - Siyahı backend

2015-ci ilin yanvar-mart aylarında Azərbaycanın rezidentləri dünyanın 122 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib.

Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, bu aylar ərzində 72 ölkəyə əmtəə ixrac olunub, 113 ölkədən isə idxal baş tutub. Xarici ticarət əlaqələri iştirakçılarının 43-ü Avropa, 21-i Amerika, 35-i Asiya ölkələri və digərləridir.

Üç ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 6877,5 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 4449,1 milyon dollar, idxalın həcmi isə 2428,4 milyon dollar olub. Nəticədə 2020,7 milyon dollarlıq müsbət saldo yaranıb.

İxrac edilən məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastmas və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunan məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə 38,9 faiz artaraq 474,2 milyon dollar olub.
Diaspora