Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskvada baş tutan "Rusiya - imkanlar ölkəsi" forumunda səhnəyə çıxarkən dizi üstə yıxılıb.
Axar.az xəbər verir ki, nazir yıxılsa da, mühafizəçilər gəlməmiş cəld ayağa qalxıb.«Doğrudur, ilişdim, amma yaxşı ki, diplomatik sahədə yox, pilləkəndə ilişdim”, - Lavrov deyib.
Tədbirdə Rusiyanın 85 regionundan 6,5 min nümayəndə iştirak edir.
">