Ermənistanda işsizlərin sayı 2011-2016-cı illər arasında 45 min nəfər azalıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Milli Statistika Xidməti yayıb. Xidmət 2016-cı ildə işsizlərin sayının 220 min nəfər olduğunu bildirib.“Sputnik Ermənistan” agentliyi İrəvanın bu rəsmi statistikanı cəmiyyətə müsbət dinamika kimi təqdim etdiyini, amma əslində bu rəqəmlərin heç də hökumətin dediyi kimi olmadığını bildirib. Belə ki, agentliyə danışan Ermənistan Dövlət Məşğulluq Xidmətinin Asmik Tadevosyan əslində işsizlərin sayında azalma müşahidə edilmədiyini deyib:
“İşsizlərin sayı onların iş axtarmaq yerinə ölkəni tərk etməyə üstünlük verdiklərinə görə azalır. Əhali də iş resursları kimi azalır. Hazırda Ermənistanda işsizlərin böyük hissəsi qadınlardan ibarətdir. Qadınların 66,7%-i, təxminən 46800 nəfəri işsizdir. Kişilər iş üçün daha çox xaricə gedirlər. Son illər xaricə gedənlərin sayı isə artır”.