Antaliyanın Alaniya rayonunda türk bayrağını endirmək üçün dirəyə çıxan şəxsi ətrafdakı vətəndaşlar döyüb
Alaniya avtovağzalında baş verən bu hadisədə ağlı yerində olmadığı bildirilən və adı hələlik məlum olmayan şəxs türk bayrağını endirmək üçün dirəyə dırmaşsa da istəyinə çata bilməyib. Ətrafdakı adamlar tərəfindən dirəkdən düşürülərək döyülüb.Qaziler.az bildirir ki, daha sonra vətəndaşlar və yaxınlıqda olan bələdiyyə işçiləri həmin şəxsi polisə təslim ediblər.