Suriyada Afrinin mühasirəyə alınması ilə birlikdə Şimali İraqda da terrorçulara qarşı böyük hərəkətlilik yaşanır
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, terror qərargahlarındakı kəşfiyyatla müəyyən edilən hədəflər məhv edilib.Şimali İraqdakı Hakurk, Gara, Metina və Avaşin-Basyan bölgələrində baza bölgələrinə hücum hazırlığında olduqları müəyyən edilən terrorçulara qarşı hava hərəkatı keçirilib.
10-11 mart tarixlərində keçirilən hava hücumu nəticəsində 18 hədəf məhv edilib. Müvəffəqiyyətlə başa çatdırılan hücumdan sonra türk qırıcıları öz bazalarına dönüblər.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İraqla sərhəddə əməliyyat keçiriləcəyini açıqlamışdı. Türkiyə və İraq heyətləri əməliyyat üzərində çalışır.
Yeni hərəkatla Şimali İraqdakı terror hədəfləri "Fırat Qalxanı" və "Zeytun budağı" əməliyyatlarındakı kimi yox ediləcəklər.