Yükdaşıma tarifləri artdı, sərnişindaşıma isə azaldı

Yükdaşıma tarifləri artdı, sərnişindaşıma isə azaldı backend

2015-ci ilin aprel ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,7 faiz artıb, sərnişindaşıma tarifləri isə 0,2 faiz azalıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, hava nəqliyyatında MDB ölkələri, həmçinin digər xarici ölkələr üzrə sərnişindaşıma tarifləri 1,3 faiz ucuzlaşıb, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Ay ərzində dəmiryolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,6 faiz bahalaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.

Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0,2 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə sabit qalıb.

Aprel ayında boru kəməri vasitəsilə neftin və qazın nəql olunma tarifləri müvafiq olaraq 5,5 və 0,1 faiz bahalaşıb. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.
Diaspora