Nazir neftin ucuzlaşmasından danışdı

Nazir neftin ucuzlaşmasından danışdı backend

Natiq Əliyev: “Azərbaycan iqtisadiyyatı çox möhkəmdir”.

Ötən il Azərbaycanda 42 milyon ton neft hasil olunub.

Qaziler.az Xezerxeber.com-a istanadən bildiri ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev “Capsian European Club”un təşkilatçılığı ilə keçirilən biznes forumda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hasil olunan həcmin 32 milyon tonu “Azəri-Çıraq-Günəşli” yatağının payına düşüb.

“Ötən il 29,6 milyard qaz hasil edilib ki, bu həcmin əksəriyyəti “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından hasil edilib”, - nazir deyib.

Natiq Əliyev bildirib ki, nefrin ixracı təxminən 35 milyon ton olub.

“Bunun əksəriyyəti “Azəri-Çıraq-Günəşli” və “Günəşli” yatağının payına düşüb. Eyni zamanda limanlardan ixraca göndərilən neftin 67,9%-i Azərbaycanın payına düşüb.

Hesab edirəm ki, bunlar çox yüksək göstəricilərdir. Dünya bazarlarında neftin qiyməti keçən ilin iyunundan kəskin azalsa da, Azərbaycan iqtisadiyyatı çox möhkəmdir. Biz inanırıq ki, Azərbacyanın mədən neft qaz sənayesi hələ iqtisadi inkişaf üçün çox böyük imkanlar yaradacaq”, - nazir bildirib.
Diaspora