Azərbaycanda 1 manatlıq əskinasların dəyişdiriləcəyi iddia edilir.
Sosial şəbəkədə yayılan məlumata görə, may ayından etibarən bir manatlıq əskinaslar metal pullarla əvəzlənəcək.AzVision.az məlumatı dəqiqləşdirmək üçün Mərkəzi Bankla əlaqə saxlayıb. Bildirilib ki, yayılan xəbərlər tamamilə yanlışdır.
“1 manatlıq əskinasların metal pullarla əvəz edilməsi barədə məlumat yanlışdır. Belə dəyişiklik nəzərdə tutulmayıb”, - deyə məlumatada qeyd edilib.