SOCAR Sumqayıt təlim, tədris mərkəzinə sənəd qəbulu elan edir
Qaziler.az Xezerxeber.com-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təlim mərkəzlərinə şagird qəbulu üzrə Qəbul Komissiyası tərəfindən təlim, tədris və sertifikatlaşdırma idarəsinin Sumqayıt təlim, tədris mərkəzinə aparatçı, avtomatik idarəetmə sistemi üzrə operator, elektrik qaz qaynaqçısı, qablaşdırma üzrə operator, qazla kəsən ixtisasları üzrə sənəd qəbulu elan edilib.SOCAR-ın mətbuat xidmətindən Xezerxeber.com-a verilən məlumata görə, müsabiqədə yaşı 29-dan yuxarı olmayan, Sumqayıt şəhərində və Abşeron rayonunda qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşları və həmçinin həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin üzvləri, həqiqi hərbi xidmət keçmiş (oğlanlar üçün), minimum tam orta təhsilli gənclər iştirak edə bilərlər. Sənəd qəbulu elektron formatda həyata keçirilir və müsabiqə iki əsas mərhələdən - müsahibə və test imtahanından ibarətdir. Müraciət etmək istəyən şəxslər www.socar.az saytının “Karyera” panelində Təlim Mərkəzinə sənəd qəbulu bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmalıdırlar. Müraciətlər mayın 20-dək qəbul ediləcək. Qəbul haqqında və digər suallara [email protected] elektron poçt ünvanına müraciət etməklə cavab almaq olar.