Rusiya və Hindistan tələsir: Bakının da daxil olduğu...

Rusiya və Hindistan tələsir: Bakının da daxil olduğu... backend

Rusiya və Hindistan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tam yekunlaşması üçün İran infrastrukturunun inkişafına yardım etməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Rusiyanın Hindistandakı Ticarət Nümayəndəsi Yaroslav Tarasyuk söyləyib. Onun sözlərinə görə, hazırda Moskva ilə Dehli arasında əsas çətinlik logistikadır:

“Belə ki, Hindistandan gələn yüklərin böyük hissəsi Sankt-Peterburq limanı vasitəsilə Rusiyaya çatır. Belə olan halda yükün çatdırılması üçün minimum müddət 40 gün təşkil edir. Bu baxımdan Şimal-Cənub dəhlizi daha böyük perspektiv vəd edir. Biz istərdik ki, nəqliyyat dəhlizi tezliklə işə düşsün”, – deyə o bildirib.

Qeyd edək ki, Şimal-Cənub nəqliyyat dəhlizi Şimali Avropanı cənub-şərqi Asiya ilə birləşdirəcək. Bu layihə çərçivəsində həmçinin Rusiya, İran və Azərbaycan arasında dəmiryolu xətlərinin birləşdirilməsi planlaşdırılıb.
Diaspora