İqtisadiyyat Nazirliyinin səlahiyyətləri azaldılıb

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri azaldılıb backend

“Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”na dəyişiklik edilib.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında qeyd olunur.

Dəyişikliyə görə, Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarını artıq İqtisadiyyat Nazirliyi deyil, Qida Təhlükəsizliyi Agentliyi verəcək.

Bundan əlavə, taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi də İqtisadiyyat Nazirliyindən alınaraq Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunub.
Diaspora