Azərbaycan və Vyetnam ticarət prosedurlarını sadələşdirəcəklər. Trend-in məlumatına görə, bunu Vyetnam maliyyə nazirinin müavini, gömrük və vergi idarəetməsi sahələrinin kuratoru Do Hoanq Anh Tua Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşündə deyib.
Onun sözlərinə əsasən, bu, sabah iki ölkənin gömrük orqanları arasında imzalanacaq saziş layihəsində nəzərdə tutulub.