Bank sektorunun xalis gəliri açıqlandı

Bank sektorunun xalis gəliri açıqlandı backend

2017-ci ildə Azərbaycan banklarının faiz gəlirləri 1 775,2 mln. manat (2016-cı illə müqayisədə 11% az), o cümlədən kreditlər üzrə faiz gəlirləri 1 282,7 mln. manat (24,6% az), faiz xərcləri 824,9 mln. manat (24,9% az), o cümlədən depozitlər üzrə faiz xərcləri 373,4 mln. manat (19,1% az), qeyri-faiz gəlirləri 938,5 mln. manat (2016-cı ildə zərər olub), qeyri-faiz xərcləri 980,6 mln. manat (1,8% az) təşkil edib.

Bu barədə Axar.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Məlumata görə, son nəticədə ötən il bank sektorunun əməliyyat mənfəəti 908,2 mln. manat olub (əvvəlki ilə əməliyyat zərəri olub).

2017-ci ildə banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması xərclərinə 26,5 mln. manat qənaət ediblər (2016-cı ildə xüsusi ehtiyatlara pul ayırmışdılar), digər mənbələrdən illik müqayisə 56,4% az - 4,1 mln. manat gəlir əldə ediblər, 29,9% çox - 55,2 mln. manat mənfəət vergisi ödəyiblər.

Bununla da, sektorun illik xalis mənfəəti 883,6 mln. manat təşkil edib. Bunun 290,9 mln. manatı dekabrda əldə edilib. Xatırladaq ki, banklar 2016-cı ili 1 667,6 mln. manat xalis zərərlə başa vurmuşdu.
Diaspora