Çavuşoğlu açıqladı: Bakıdan Alanyaya həftədə üç dəfə...

Çavuşoğlu açıqladı: Bakıdan Alanyaya həftədə üç dəfə... backend

Türkiyənin əslən Alanyadan olan Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, tezliklə AZAL və TAV arasında Bakı-Alanya marşrutu ilə təyyarə uçuşlarına dair saziş imzalanması planlaşdırılır və mayın 15-dən başlayaraq Bakı-Alanya arasında həftədə 3-4 dəfə uçuş başlayacaq.

Musavat.com xəbər verir ki, 5 sentyabr 2017-də Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən toplantısında o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb və görüş əsnasında Alanyanın turizm imkanlarından bəhs edib.

Bundan 68 gün sonra, 11 noyabr 2017-ci ildə təşəbbüsün gerçəkləşdirilməsi istiqamətində addımlar atılıb. AZAL "BUTA" ilə Alanyaya "low cost", yəni aşağı məsrəfli uçuşlara hazırlıqlarını tamamladığı, AZAL-ın may ayından etibarən həftədə üç dəfə uçuşa başlamaq üçün hazır olduğunu bildirib.

Bildirilir ki, AZAL-ın TAV-la danışıqları başa çatdıran kimi Bakı-Alanya-Bakı marşrutu üzrə uçuşların dərhal proqrama alacağı və biletlərin satışına başlayacağın bəyan edib.

Nazir Çavuşoğlu deyib ki, o, bu gün TAV-ın səlahiyyətli şəxsini arayıb və ondan vəziyyəti soruşub. Ona AZAL-ın tariflərdə endirim edilməsini istədiyini, sonda endirimli qiymətin üstündən bir az da endirim edildiyini bildiriblər.

M.Çavuşoğlu deyib ki, Rusiya, Almaniya, Belçika, Hollandiya, Danimarka, Norveç və Ukraynadan sonra Azərbaycanla turizm sektorunda əməkdaşlığın intensivləşdirilməsi davam etdirəcək. "Bu, o deməkdir ki, bu il mayın 15-də Alanya şəhərində azərbaycanlı turistləri görmək mümkündür".

Onu da qeyd edək ki, hazırda Antalya vilayətinə bağlı olan Alanya Türkiyənin ən gözəl məkanlarından biridir və burada tətil mövsümü may ayından noyabra qədər davam edir.
Diaspora