Mərkəzi Bank xarici valyutaların məzənnəsində dəyişikliklər edib.
ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, dolların məzənnəsində bahalaşma qeydə alınıb. 1 ABŞ dolları 1.0482-dən 1.0484 AZN-ə qədər artıb.Avronun məzənnəsində də dəyişiklik qeydə alınıb. Avropanın vahid valyutası isə 1.1742-dən 1.1697-yə qədər ucuzlaşıb.
Rusiya rublunun kursunda da ucuzlaşma müşahidə edilib. İndi 1 rublun dəyəri 0.0207-dən 0.0206 manata qədər azalıb.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.