İntihar etdiyi güman edilən Qarabağ qazisi ilə bağlı yeni məlumat – “Ola bilsin huşunu itirib yıxılıb, ağır xəstə idi...”

İntihar etdiyi güman edilən Qarabağ qazisi ilə bağlı yeni məlumat – “Ola bilsin huşunu itirib yıxılıb, ağır xəstə idi...” backend

Xəbər verildiyi kimi, bu gün, səhər saat 09:18-də “Həzi Aslanov” stansiyasından “Dərnəgülə” hərəkət edən qatar “Qara Qarayev” stansiyasına daxil olanda 1- ci qrup Qarabağ əlili Cəlilov Cəmil Məmmədqulu oğlu intihar etməsi barədə xəbər yayıldı.

Metropolitenin mətbuat xidmətindən yayılan verilən məlumata görə, C.Cəlilov özün qatarın altına atmağa cəhd edib. Amma qatarın altına ata bilməyib. Buna baxmayaraq, qatar onu vurub platformaya atıb. Vəziyyəti ağır olan şəxs təcili yardımla, xəstəxanaya aparılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.

QAZİLER.AZ saytı C.Cəlilov haqqında ətraflı məlumat əldə edib. Qarabağ Əlilləri, Şəhid Ailələri və Veteranları birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyevin saytımıza bildirdiyinə görə, C.Cəlilov Zəngilan rayonunda doğulub. 1992-ci ilin may ayında Zəngilan istiqamətində gedən döyüşlər zamanı onurğasından ağır yaralanıb. Hər iki aşağı ətrafın hərəkəti məhdudlaşıb. Bakı şəhəri, Kamil Balakişiyev küçəsi, ev 25 ünvanında yerləşən yataqxanada yaşayıb.

“Bizim üçün çox üzücü bir xəbər oldu! Allah rəhmət eləsin! Cəmil uzun illərdir ağır xəstə idi. Daima əlaqəmiz olub. Uzun illər ona atası baxıb. Bir neçə il əvvəl atası vəfat etdiyindən onun müəyyən problemləri oldu. Ailəsinə müraciət edəndən sonra bacısı baxmağa başladı. Dövlət tərəfindən avtomobillə təmin edilib. Nizami rayon icra hakimiyyətindən və birliyimiz tərəfindən hər ay müvafiq məbləğdə maddi yardım edilib. Subay idi. Mənzil növbəsində idi. Yaxın vaxtlarda mənzillə təmin ediləcəkdi. Səbirsizliklə o günü gözləyirdi. Ölümünün səbəbi barədə bir söz deyə bilmərəm. Deyirlər intihar edib, amma ola bilər ki, müvazinətini və ya huşunu itirib yıxılıb. Çünki ağır yaralı idi, xəstəxanada qeydiyyatda idi, hərəkət məhdudiyyətli insan olub. Hələ ki, ailə üzvləri cəsədini götürməyib. Özləri ilə danışacağıq, hər hansı bir problem olsa Nizami rayon icra hakimiyyətinin dəstəyi ilə təşkilatımız tərəfində dəfn ediləcək” - deyə, M.Mehtiyev bildirib.

QAZİLER.AZ


Diaspora