"Onlar özləri özlərini alçaldır" - Xalq artisti jurnalistlərdən gileyləndi

"Onlar özləri özlərini alçaldır" - Xalq artisti jurnalistlərdən gileyləndi backend

ARB TV-nin "Günə son" verilişinin qonağı olan xalq artisti Amaliya Pənahova maraqlı açıqlamalar verib.

O, bəzi jurnalistlərlə yola getmədiyini bildirdi:

"Mənə telefonla zəng edib hansısa məsələdə fikir alanda cavab vermirəm. Çünki qarşımdakını tanımıram. Üzbəüz verirəm müsahibələri. İnciyənlər də olur. Sonra şəkillərimi fotoşop edib, yalan-yalan şeylər yazırlar. Sənə nə var mənim sifətim nə cürdür? Mənə nə cür yaşayacağımı öyrədə bilməzlər. Onlar özləri özlərini alçaldır. Heç kim özünü gülünc vəziyyətə salmaq istəməz. Əgər belə olubsa, onun günahı deyil, edənindir. Estetik əməliyyat pis şey deyil".

Diaspora