Son günlər Azərbaycanda dizel yanacağının bahalaşacağı ilə bağlı məlumatlar yayılıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev AzVision.az-a bildirib ki, dizel yanacağının qiymətinin artımı ilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb."Tarif Şurasına dizel yanacağının qiymət artımı ilə bağlı heç bir müraciət daxil olmayıb. Həmçinin bu məsələ gündəmdə deyil".