Türkiyə iqtisadiyyat naziri bu gün Azərbaycana rəsmi səfərə gəlir

Türkiyə iqtisadiyyat naziri bu gün Azərbaycana rəsmi səfərə gəlir backend

Qaziler.az saytı APA-ya istinadən xəbər veriri ki, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi Azərbaycana rəsmi səfərə gəlir. Bu barədə APA-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, N.Zeybekçi bu gün axşam saatlarında ikitərəfli münasibətlərin inkişafına dair müzakirələr aparmaq məqsədi ilə Bakıya gələcək.

Türkiyəli nazir fevralın 5-də səhər saatlarında Fəxri Xiyaban, Şəhidlər Xiyabanında olacaq, Heydər Əliyevin məzarı, Türk şəhidliyi və “Əbədi məşəl” abidəsi qarşısına gül çələngi qoyacaq. Daha sonra N.Zeybekçinin Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə, baş naziri müavini Abid Şərifovla da görüşü planlaşdırılıb.

Rəsmi görüşlərdən sonra, N.Zeybekçinin Dövlət Bayraq Meydanına da getməsi səfər proqramına daxildir.

Türkiyəli qonağın Bakı səfəri fevralın 5-də axşam saatlarında başa çatacaq.
Diaspora