“Dəmirbank”dan sonra bağlanmaq növbəsi hansı bankındır?

“Dəmirbank”dan sonra bağlanmaq növbəsi hansı bankındır? backend

Ötən il 2 il ərzində 13 bankın bağlanması bank sektorunun böhrandan çıxara bilmədi. Hazırda bankların hər 3-dən 1-i ziyanla işləyir.

Modern.az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu bildirib.

O qeyd edib ki, ötən il 13 bank, bu ilin ilk 9 ayında isə 12 bankın maliyyə nəticəsi zərərlə ifadə olunub:


“Beləliklə də son 1 il 9 ayda ən çox ziyan “Accessbank”da (127,5 milyon manat), “Bank of Baku”da (69,6 milyon manat), “Unibank”da (39,2 milyon manat), “Bank Respublika”da (37 milyon manat), “Agbank”da (24,2 milyon manat) və “Dəmirbank”da (20,3 milyon manat) qeydə alınıb. Bu il üçün zərəri ən az olan, səhmlərinin 25 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına malik olan Dəmirbankın lisenziyası geri alınıb”.


Ekspert bildirib ki, cari ilin 3-cü rübünün nəticələrinə görə, aktivlərin dəyəri “Amrahbank”da 10,3 %, “Muğanbank”da 12,5 %, “Unibank”da 16,9 %, “Accessbank”da 19,2%, “Bank of Baku”da 21,1%, “Bank Respublika”da 22,1 %, “Nikoil Bank”da 23,5 %, “Azər Türk Bank”da 63,4 % azalıb. Hesabat dövründə bank kapitalının dəyərini “AccessBank” 6,8%, “Azər Türk Bank” 7,5%, “Amrahbank” 15,3%, “Bank of Baku” 19,9%, “AFB Bank” 21,4%, “AGBank” 21,9 %, “Unibank” 37,8% itirib. Məlumat üçün qeyd edim ki, Azərbaycan Beynəlxalq Bankı, “Günay Bank” və “Naxçıvanbank” dövr ərzində məlumat açıqlamayıb. Böyük ehtimalla hər 3 bankın cari vəziyyətini xarakterizə edən məlumatların gizlədilməsi onların göstəricilərinin pis olması ilə əlaqədardır.

Qeyd olunan göstəricilər üzrə bankların vəziyyətinin qiymətləndirilməsi göstərir ki, hesabat açıqlmayan banklar da daxil olmaqla yuxarıda adları sadalanan banklar 2018-ci ilə çətin maliyyə durumunda qədəm qoyurlar. Odur ki, bank xidmətindən istifadə edən istehlakçıların hüquqları qorunmadığı indiki böhranlı şəraitdə müştərilər vaxtında doğru qərarlar qəbul etmək üçün maliyyə savadını artırmalıdırlar”.
Diaspora