Rusiya Hava Nəqliyyatı Federal Agentliyi “Saratovskie avialinii” aviaşirkətinin Azərbaycana uçuş icazəsini geri çağırıb.
Trend-in məlumatına görə, bu barədə agentliyin Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokolunda qeyd olunub.Protokolda bildirilir ki, şirkətin həyata keçirdiyi Novosibirsk-Qəbələ reysinə icazə ləğv edilib.
Bu qərara icazənin verildiyi müddətdə uçuşların həyata keçirilməməsi səbəb olub.
Qeyd edək ki, “Saratovskie avialinii” bu reysin yerinə yetirilməsi üçün icazəni 2014-cü ilin iyulunda alıb.