Pakistanda hərbi helikopter qəzaya uğrayıb. Nəticədə Norveç, Filippin səfirləri, eləcə də, Malayziya və İndoneziya səfirlərinin xanımları həlak olublar.
QAZİLER.AZ saytı rbk.ru saytına istinadla bildirir ki, Assoşşeyted-Press-in məlumatına görə, həlak olan iki pilot da daxil olmaqla qəza qurbanlarının sayı 6 nəfərə çatıb.Bundan başqa, helikopterin göyərtəsində olan Polşa və Rumıniya səfirləri xəsarət alıblar. 13 nəfər sağ qalıb.
Qəzanın baş verməsini Taliban terror qruplaşması öz üzərinə götürüb. Terrorçular helikopteri Zenit raketi ilə vurduqlarını bəyan ediblər.