28 ölkədə 97 jurnalist həlak olub-SİYAHI

28 ölkədə 97 jurnalist həlak olub-SİYAHI backend

BMT yanında məşvərətçi statuslu “Press Emblem Campaign” (PEC) qeyri-hökumət təşkilatı 2017-ci ilin jurnalist ölümləri hesabatını yayıb.

Novator.az-ın məlumatına görə, dekabrın 18-də açıqlanan məruzədə bildirilir ki, 2017-ci ildə 28 ölkədə 97 jurnalist həlak olub.

Təşkilatın hesabatında 2016-cı illə müqayisədə jurnalist ölümün azaldığı vurğulanır. Ötən il 144 jurnalist həyatını itirib. Bildirilir ki, PEC 2008-ci ildən bəri ilk dəfə 100-dən az KİV nümayəndəsinin həlak olduğunu qeydə alıb.

10 il ərzində həlak olan jurnalistlərin sayı isə 1197-yə çatıb.

2017-ci ildə jurnalist ölümünə görə ilk pillədə Meksika yer alır. Bu ölkədə 17 media işçisi həlak olub.

İlk beşlikdə İraq (9 jurnalist), Əfqanıstan, Hindistan və Pakistan da (hər birində 8 jurnalist) qərarlaşır.

Siyahıda sonrakı pillələrdə Filippin, Suriya (hər birində 6 jurnalist), Somali (5 jurnalist) və Honduras (4 jurnalist) göstərilir.

PEC-in məlumatına görə, 2017-ci ildə Rusiya, Türkiyə, Nigeriya və Yəmənin hər birində 3 media təmsilçisi həlak olub.

2017-ci ildə ötən illə müqayisədə həlak olan qadın jurnalistlərin sayı 5-dən 16-ya yüksəlib.

Cari ildə media nümayəndələri üçün ən təhlükəli region Asiya (32 jurnalist həlak olub), Latın Amerikası (29 jurnalist) və Türkiyə də daxil olmaqla Yaxın Şərq (21) hesab olunub.
Diaspora