Bədbəxt hadisə Pakistanın Kəraçi şəhərində baş verib.
Qaziler.az Trend-ə istinadən xəbər verir ki, mənşəyi bilinməyən partlayışda azı 15 nəfər həlak ölüb.Məlumata görə, partlayışdan dərhal sonra yanğın başlayıb. Hazırda ərazi nəzarətə götürülüb, yanğının söndürülməsi üçün yanğınsöndürənlər cəlb edilib.
Ölü və yaralı sayının artacağı istisna edilmir.