Neftin qiyməti düşməyə başladı

Neftin qiyməti düşməyə başladı backend

Brent markalı neftin 1 barelinin qiyməti 0.14 dollaradək ucuzlaşıb.

ANS PRESS-in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.14 dollar azalaraq 65,45 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.33 dollar ucuzlaşaraq 58.61 dollara geriləyib.

Qeyd edək ki, "Bloomberg" dünya bazarında neftin ucuzlaşmasından sonra ABŞ, Avropa və Asiya ölkələrinin neftin satışından 900 milyard dollar gəlir əldə etdiyini açıqlayıb. Nüfuzlu nəşr Rusiya və Yaxın Şərq ölkələrinin isə 218 milyard və 357 milyard dollar itki ilə üzləşdiyini bildirib.
Diaspora