İranın Qərbi Azərbaycan əyalətinin Maku şəhərində, Türkiyə sərhədinə yaxın Buralan məntəqəsində atışma olub.
Axar.az xəbər verir ki, PKK terrorçularının hücumu nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Yaralılardan biri sərhədçi, digər ikisi isə sərhədyanı su hövzələrində araşdırma aparan İran Su Təşkilatının mütəxəssisləridir.Hadisə baş verən yer İranın sərhəd məntəqələrinə uzaq olması səbəbindən yaralılar üçün əraziyə daha yaxın olan Türkiyə tərəfinə müraciət edilib. Türkiyəyə aparılan yaralılara ilk tibbi müdaxilə Göyay sərhəd taborunun həkimləri tərəfindən göstərilib.
Daha sonra yaralılar türk əsgəri tərəfindən Qars və İqdırdakı xəstəxanalara çatdırılıb.