Azərbaycanda dəhşətli yanğın: uşaqlar öldü - TƏFƏRRÜAT

Azərbaycanda dəhşətli yanğın: uşaqlar öldü - TƏFƏRRÜAT backend

Bu gün Salyanda 2 azyaşlının ölümü ilə nəticələnən dəhşətli yanğın hadisəsinin təfərrüatları məlum olub.

Qaziler.az Lent.az-a istinadən xəbər verir ki, Şorsulu kəndində Bəhrəmli Mübariz Novruz oğluna məxsus evdə yanğın başlayarkən ev sahibi işdə olub. Belə ki, Salyandakı mal bazarında alverlə məşğul olan M.Bəhrəmli gedəndən sonra həyat yoldaşı tövlədə heyvanlara baxmağa gedib. Az sonra qadın evin tüstülədiyini görüb və qonşuları köməyə çağırıb. Evin arakəsmə və tavanında taxta və quru qamışdan çox istifadə edildiyindən ev sürətlə yanıb. Hadisə vaxtı yatmış vəziyyətdə olan 2012-ci il təvəllüdlü Bəhrəmli Fatimə və bacısı 2013-cü il təvəllüdlü Ceyranxanım yanaraq ölüblər.

Qeyd edək ki, mənzilin isidilməsində qazdan istifadə edilirmiş.

Faktla bağlı araşdırma aparılır.
Diaspora