Gürcüstan şərabçılığı dünyada ən qədim şərabçılıq kimi Ginnesin rekordlar kitabına daxil edilib.
“A24.az” bildirir ki, bu barədə RİA Novosti-yə istinadən xəbər verilir.Qeyd olunur ki, rekord bir qrup alimin paytaxt Tbilisidən 50 kilometr məsafədəki iki qədim qəsəbədə arxeoloji qazıntılarından sonra kitaba salınıb. Qazıntı zamanı aşkarlanan tapıntıların bizim eradan əvvəl 6000-5800 illərə aid olduğu təxmin edilir.
İçində maye olmuş aşkar olunan iki qədim qabların kimyəvi analizi göstərib ki, qablar qıcqırma prosesi, şərabın saxlanılması və s. məqsədlər üçün istifadə olunub.