“Cənub Qaz Dəhlizi“nin tikintisi qabaqlayıcı templə aparılır

“Cənub Qaz Dəhlizi“nin tikintisi qabaqlayıcı templə aparılır backend

Azərbaycan qazını Gürcüstan və Türkiyə ərazisi ilə Avropaya çatdıracaq "Cənub Qaz Dəhlizi"nin tikintisi qabaqlayıcı templə aparılır. Bunu energetika naziri Natiq Əliyev "Sputnik" nəşrinə deyib.

Onun sözlərinə əsasən, tikinti 2019-cu ildə başa çatacaq: "Məqsədimiz əlavə 6 milyard kubmetri Türkiyəyə və 2020-ci ildə isə 10 milyard kubmetri Avropaya tədarük etməkdir.
Nazir qeyd edib ki, boru kəməri Avropa üçün alternativ qaz mənbəyi olacaq: "Qaz həcmimizi Aİ-nin aldığı Rusiya qazının həcmləri ilə müqayisə etmək olmaz. Aİ enerji resurslarının idxalını şaxələndirməyə, Rusiya qazından asılılığı azaltmağa çalışır. Rusiya qazı Avropanın ümumi istehlakının üçdə birini təşkil edir".
Diaspora