Tailandda 55 yaşlı adam evində bəslədiyi ilana nəzarət etmək üçün şüşə qəfəsin qapağını açan zaman ilanın hücumuna məruz qalıb. 7 metrlik ilan adamı boğaraq öldürüb...
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, adamın kömək fəryadını eşidən bacısı qaça-qaça gələndə ilanın qardaşını öldürdüyünü görüb.
Hadisə yerinə gələn vəzifəlilər, ilanı çətinliklə adamın cansız bədənindən kənarlaşdırıblar.