Qazaxıstan Prezidenti Nursultan Nazarbayev gələn il Türkiyəyə səfər edəcək.
“Report” “Kazinform”a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Əhmət Aydın bildirib.Səfərin 2018-ci ilin yazında baş tutması planlaşdırılır.
Sədr müavini iki ölkə arasında əməkdaşlığın gələcək inkişafından, gücləndirilməsindən və perspektivindən danışıb.