Milli Məclisdə 2018-ci ilin büdcə zərfinin müzakirəsi yekunlaşdı və ardından təkliflərin dəyərləndirilməsi üçün dekabrın 1-dək hökumətə vaxt verildi.
Xatırladaq ki, Büdcə ilə bağlı parlamentin növbəti plenar iclası dekabrın 1-də keçiriləcək. Günlərdir ki, öncə Milli Məclisin ayrı-ayrı komissiyalarının iclaslarında, daha sonra parlamentin plenar iclaslarında növbəti ilin büdcə zərfində yer alan məsələlər müzakirəyə çıxarıldı. Müxtəlif təkliflər səsləndirildi, iradlar tutuldu.Bəs görəsən, xalq onun həyatı üçün birbaşa əhəmiyyət kəsb edən dövlət büdcəsinin qəbul olunması ilə bağlı müzakirələri izlədimi? Onlar ayrı-ayrı sahələrdə ayırmalardan xəbərdardırlarmı? 2018-ci ilin dövlət büdcəsi haqqında nə düşünürlər?
Musavat.com-un müxbiri bu suallara aydınlıq gətirmək üçün paytaxt sakinləri arasında sorğu keçirib.
Respondentlərin cavablarından bəlli oldu ki, əhalinin əksər hissəsinin büdcə müzakirələrindən xəbəri belə yoxdur.
Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.
">