Xəbər verdiyimiz kimi Beynəlxalq Diaspora Mərkəzinin (BDM) təşkilatçılığı, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, Azərbaycanın Qarsdakı Baş Konsulluğunun, Əsassız erməni iddiaları ilə mübarizə dərnəyinin (ASİM-DER) dəstəyi ilə 24-26 noyabrda Azərbaycan QHT və KİV nümayəndələrinin İğdır-Qarsa səfəri təşkil edilib.
Modern.az-ın məlumatına görə, səfərin növbəti günündə nümayəndə heyəti Bakı-Tbilisi-Qar dəmiryol xəttinin sonuncu dayanacağını - Qars dəmiryol vağzalını ziyarət edib.Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmiryol vağzalı Azərbaycanın müstəqil siyasət yeritməsi, ölkəmizin iqtisadi sferada və dünya dövlətləri arasında aparılan balanslı siyasətin bir nəticəsidir.
Azərbaycanlı QHT və KİV nümayəndələri həmçinin Azərbaycanın Qars şəhərindəki konsulu Nuru Quliyevlə görüşüb, hər iki dövlətin QHT-ləri arasındakı dostluq və əməkdaşlıq məsələləri müzakirə edilib.