Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi müzakirə edilib.
APA-nın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib.Onun sözlərinə görə, 2018-ci il üçün yaşayış minimumunun ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat müəyyən edilib.
“Gələn il üçün yaşayış minimumu bu ilin təsdiq olunmuş göstəricisindən 11% çoxdur. Göründüyü kimi, ölkənin imkanları artdıqca, ölkədə yaşayış minimumu artırılır”, - deyə Z.Səmədzadə vurğulayıb.