Azərbaycanda əhali ərzağa yanacaqdan 10 dəfə çox pul xərcləyib

Azərbaycanda əhali ərzağa yanacaqdan 10 dəfə çox pul xərcləyib backend

2017-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsi 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,1% artaraq 28 mlrd. manat olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, istehlak məhsullarının 99,9%-i qeyri-dövlət təsərrüfat subyektləri, o cümlədən 11,9%-i ticarət müəssisələri tərəfindən satılıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 288,2 manatlıq və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 40,3 manat çox əmtəə alıb.

2017-ci ilin yanvar-oktyabr aylarında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,6%-i (14 mlrd. 184,8 mln. manat) ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 18,2%-i (5 mlrd. 103,6 mln. manat) toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3%-i (1 mlrd. 763,6 mln. manat) elektrik malları və mebellərin, 5,3%-i avtomobil yanacağının (1 mlrd. 486,5 mln. manat), 1,4%-i (385,8 mln. manat) əczaçılıq və tibbi malların, 0,7%-i (208,4 mln. manat) kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5%-i (4 mlrd. 901,2 mln. manat) isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Virtualaz.org
Diaspora