Binəqədi yolu nə vaxt istifadəyə veriləcək?

Binəqədi yolu nə vaxt istifadəyə veriləcək? backend

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti Bakının Binəqədi qəsəbəsindəki Binəqədi şosesinin 2.6 kilometrlik hissəsində yenidənqurma işlərinin birinci mərhələsini başa çatdırıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin “Trend”ə verdiyi məlumata görə, yolda bütün kommunikasiya xətləri yenilənib, yeni yağış kollektoru çəkilib, yağış-kanalizasiya sistemi qurulub, suların kollektora ötürülməsi üçün yol boyu 300 mm-lik drenaj borular çəkilib, yağış barmaqlıqları qoyulub.

Onun sözlərinə görə, yolun alt hissəsinə 5 yerdə yeni borular atılıb ki, açıq kanallarla gələn sular yolun altından ötürülsün.

A.Nəcəfli bildirib ki, artıq yolda işlərin ikinci mərhələsinə start verilir: "Noyabrın 11-dən yolun asfaltlanmasına başlanılıb. Yolda yenidənqurma işlərinin noyabrın sonuna kimi tamamlanması və əhalinin istifadəsinə verilməsi nəzərdə tutulur".
Diaspora