Jirinovskidən şok: Rusiyada yeni türk dövləti yaranacaq - Video

Jirinovskidən şok: Rusiyada yeni türk dövləti yaranacaq - Video backend

Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovskinin Şimali Qafqazla bağlı yeni videosu yayılıb.

Axar.az xəbər verir ki, video Feysbuk sosial şəbəkəsində əslən Dağıstandan olan şəxslər tərəfindən paylaşılıb. Liberal Demokrat Partiyasının iclasından olan görüntülərdə çıxış edən partiya nümayəndələrindən biri Şimali Qafqazı Rusiya üçün təhdid adlandırıb:

“Cənub təhdiddir. Amma bu təhdid konkret xalq və millətdən gəlmir. Bu təhdid etnos və ya etnosların toqquşmasından gəlir. Bununla əlaqədar olaraq rus xalqı mütləq birləşməlidir”.

Bundan sonra Jirinovski çıxış edərək, Qafqazda narıncı inqilabın olacağını söyləyib:

“Hazırda Qərb qafqazlılara toxunmur. Onlar gözləyirlər ki, qafqazlılar bizim suyumuzu sıxacaq, varlanıb çoxlu fabrik və kurort zonaları tikəcəklər. Gələcəkdə isə hər şeyə rəğmən Şimali Qafqazda narıncı inqilab təşkil edəcəklər və onu ələ keçirəcəklər. İndi tezdir, ona görə ki, burada rusların daha çox torpağını ələ keçirmək lazımdır. Qafqazlılar artıq Stavropola daxil olublar və vilayətin üçdə birini ələ keçiriblər. Onlar artıq Volqoqrad vilayətinin cənubunda, Rostov vilayətinin bir hissəsində məskunlaşıblar. Onlar Xəzərdən Azova qədər hər yeri tutacaq. Bundan sonra Qərb, NATO deyəcək ki, onlar müstəqillik istəyirlər. Xalqların öz dövlətlərini yaratmaq haqqı var. Üstəlik, onlar müsəlmandırlar. Onlara Səudiyyə Ərəbistanı, Türkiyə, İran daha yaxındır. Onlara pulu əbəs yerə vermirlər. Kreml ilk növbədə onların sakit oturmaları üçün pul verir. Onlar sakit oturub, pul toplayırlar. Türkiyə də onlara pul verir. Türk emissarları burada hər yerdədir”.

Onun sözlərinə görə, Şimali Qafqaz Türkiyəyə daha yaxındır:

“Dağıstan nədir? Orada əsas türkdilli xalqlar olan avarlar, kumıklar, noqaylar və digərləri yaşayır. Kabarda-Balkarda balkarlar türkdillidir. Qaraçay-Çərkəzdə isə qaraçaylar bu kateqoriyaya aiddir. Qafqazın türk olmayan xalqları çeçenlər, kabardinlər və adıgeylərdir. Yerdə qalan böyük çoxluq türk xalqlarıdır. Onlar bizdən sülh yolu ilə torpaqlar alırlar. Onlar pulu buna görə verirlər. Torpaqları alıb, ruslara təzyiq edirlər. Onlar Xəzərdən Azova qədər olan bütün məkanı ələ keçirəndən sonra Avropadan tələb edəcəklər ki, Qafqaz Əmirliyi yaratmağa izn versinlər. Biz hamımız cənubu itirəcəyik, bizim rəhbərlərimiz isə istefaya gedəcəklər. Bunlar 2025-2030-cu illərdə olacaq. 80-ci illərdə kim desəydi ki, 1991-ci ildə SSRİ dağılacaq, onu dəli adlandırardılar. İndi isə 2025-ci ildə cənubda başqa dövlətin olacağını deyənlərə başıxarab deyirlər. Təəssüf ki, bu reallaşacaq”.

Diaspora