Abşeron rayonunda yanğın baş verib.
Bu haqda Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Rayonun Masazır qəsəbəsində ümumi sahəsi 65 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb.
Yanğının kəşfiyyatı zamanı 1980-cı il təvəllüdlü Əliyev Əlivəndər Rasim oğlunun yanmış cəsədi aşkarlanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.