52 ton məhsul sərhəddə saxlanılıb

52 ton məhsul sərhəddə saxlanılıb backend

Azərbaycandan Rusiyaya tədarük olunan 52,5 ton kənd təsərrüfatı məhsulu Dağıstanın “Yaraq-Qazmalar” gömrük keçid məntəqəsində saxlanılıb.

A24.az xəbər verir ki, məhsulun saxlanılmasına səbəb saxta fitosanitar sertifikatların mövcudluğudur.

Saxlanılan məhsullar arasında 16,780 min kq nar, 18,025 min kq pomidor və 17,750 min kq xiyar var.

Saxlanılan meyvə-tərəvəz Azərbaycana qaytarılıb.
">
Diaspora