Dolların noyabrın 13-nə olan məzənnəsi

Dolların noyabrın 13-nə olan məzənnəsi backend

Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 13-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7002 səviyyəsində müəyyən olunub.

Xatırladaq ki, bu gün AMB-də Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7002 səviyyəsində formalaşıb.

Qeyd edək ki, AMB bu gün üçün USD/AZN rəsmi məzənnəsini 1,7003 səviyyəsində müəyyən edib.
Diaspora