ABŞ-da adı açıqlanmayan 59 yaşlı qadın 1 funt-sterlinqlik (1 funt-sterlinq 2,2394 AZN) kupon yazıb. "Qaynarinfo" xəbər verir ki, verdiyi variantlar düz gələn qadın 575 min funt-sterlinq (1 milyon 287 min 655 manat) qazanıb.
Futbolla heç bir əlaqəsinin olmadığını və maraq üçün kupon yazdığını bildirən ingilis xanım 12 oyunun hamısının nəticəsini düz tapıb. "Bornmut"un "Nyukasl"a 90+2-ci dəqiqədə vurduğu qol isə kupon üçün dönüş nöqtəsi olub.12 matçın 11-də favorit olmayan komandalara proqnoz verən qadın "Adını bəyəndiyim komandaların qələbəsini yazdım" deyib.