Bakıda dana və quzu ətinin qiyməti ucuzlaşıb.
Ət kəsimi məntəqlərindəki satıcılar Modern.az-a bunun alıcılıq qabiliyyətinin aşağı düşməsilə əlaqəli olduğunu deyiblər.Qeyd edək ki, 2015-ci ildə baş verən iki devalvasiyadan sonra ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti sürətlə bahalaşıb. Devalvasiyadan əvvəl dana ətinin qiyməti 7 manat 7 manat 50 qəpik, quzu əti isə 8 manat 8 manat 50 qəpik olub. Sürətli bahalaşma ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsinə rəvac verib.