Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşıb backend

Çərşənbə axşamı "Auqust" italyan limanında CIF (alanın limanında) Azərbaycan yüngül neftinin qiyməti barelə görə 68,44 dollar təşkil edib.

ARDNŞ-dən Trend-ə verilən məlumata görə, Şirkətin (Azərbaycan Dövlət Neft Şirkəti) xarici tərəfdaşları ilə birgə 1997-ci ildən hasil etdiyi yüngül neftin qiyməti çərşənbə günü (bazar ertəsi ticarət əməliyyatları aparılmayıb) cümə günü ilə müqayisədə bir barel üçün 1,78 dollar artıb.

Azeri Light nefti "Azəri-Çıraq-günəşli" yataqları blokundan hasil edilir. Neft Türkiyənin Ceyhan limanına Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə çatdırılır. Bundan başqa, Gürcüstanın Supsa limanına Azeri Light Bakı-Supsa kəməri ilə ixrac olunur.

SOCAR-dan bildiriblər ki, Azərbaycan yüngül neftinin qiyməti FOB mayın 5-i üçün Türkiyənin Ceyhan limanında bir barel üzrə 67,44 dollar təşkil edib ki, bu da əvvəlki qiymətlərdən bir barel üzrə 1,78 dollar yüksəkdir.

Mayın 5-də Novorossiysk limanında URAL S neftinin bir bareli üzrə qiyməti 64,76 dollar təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayisədə 1,51 dollar yüksəkdir.

Çərşənbə axşamı Şimal dənizində hasil olunan Brent Dated etalon növlü neftin barelə görə qiyməti 66,12 dollar təşkil edib. Bu, əvvəlki qiymətlə müqayisədə 1,73 dollar yüksəkdir.
Diaspora