Bu gün mayın 5-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.
"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 6-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0004 manat və ya 0,04% ucuzlaşaraq 1,0481 manat olub.Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0091 manat və ya 0,78% bahalaşaraq 1,1767 manat olub.